Genetikanızı dəyişdirə bilməzsiniz, ancaq siqaretdən uzaq dura bilərsiniz

Mütəxəssislər bildirir ki, ürək xəstəliyi nəticəsində ölümlərin 50 faizi heç bir əlamət olmadan baş verir və siqaret infarkt keçirmə riskini 8 dəfə artırır. Genetikanızı dəyişdirə bilməzsiniz, ancaq siqaretdən uzaq dura bilərsiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, sadəcə siqaretdən qaçmaq infarkt keçirmə şansını xeyli azalda bilər.
Ürək-damar xəstəlikləri, həmçinin, genetik yolla keçən xəstəliklərdən biridir. Ailədə 50 yaşınadək infarkt keçirmiş, ürəyinə stent qoyulmuş, bipass əməliyyatı və ya insult keçirmiş kimsə varsa, risk altında ola bilərsiniz. Daimi tibbi müayinələr həyat qurtara bilər.
Yüksək şəkər səviyyəsi ürək xəstəliyi üçün böyük risk yaradır. Şəkərinizi nəzarət altında saxlamağa diqqət etməlisiniz.
Əgər hiperkolesterolemiyanız varsa və müalicə olunmursa, 50 yaşından əvvəl infarkt keçirmə riskiniz yüzdə 50 ola bilər. Hiperkolesterolemiyanız üçün müalicəyə başlamaq çox vacibdir.
Ürək-damar xəstəliklərinə səbəb olan digər amil stressdir. Stress üçün meditasiya, yoqa kimi üsullardan faydalana, lazım gələrsə psixoloji dəstək ala bilərsiniz.
Artıq çəkili və aktiv bir insanın infarkt keçirmə riski arıq və heç hərəkət etməyən bir insana nisbətən daha azdır. Daimi idman çox vacibdir. Hərəkətsizlik bədənimizin ən pis düşmənidir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə