Son sutkada koronavirusa 1053 yeni yoluxma halı qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 1 053 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər vəfat edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 643 295-ə, ölənlərin sayı isə 16 678-ə yüksəlib.

Son bir gündə 2 067, ümumilikdə isə 1 601 578 nəfər müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə