Keyfiyyətli linzalar necə olmalıdır? - DETALLAR - OFTOMOLOQ AYDINLIQ GƏTİRDİ

“Kontakt linzalar növünə görə bir neçə yerə bölünür: Optik kontakt linzalar, kosmetik kontakt linzalar”. Bu sözləri SİA-ya açıqlamasında oftomoloq Paşa Qəlbinur bildirib.

Onun sözlərinə görə, eyni zamanda bunların da müxtəlif variantları var: “Məsələn uzun və ya az müddət istifadəsi mümkün olan, oksigeni keçirə bilən, günəş şüalarının zərərli təsirlərini udan və s. bu kimi bir çox növləri var. Ümumiyyətlə Allah-təala insanı elə yaradıb ki, başa papaq qoymaq imkanı var. Amma gözə linza qoymaq isə qeyri-təbii bir haldır. Buna baxmayaraq müəyyən zamanlarda linzalardan istifadə olunur. Məsələn, hazırda çox yaxşı əməliyyat növləri mövcuddur, lakin bəzi insanların gözü əməliyyata uyğun hesab edilmir. Bu müxtəlif səbəblərdən ola bilər: buynuz qişanın nazikliyindən, insanın özünün əməliyyat istəməməsindən və başqa semantik hallarda. Bu zaman artıq insan məcbur qalıb linzalardan istifadə edir. Bu halda isə imkan daxilində linzanı daha az müddət gözdə saxlamaq lazımdır. Təbii ki, kontakt linzalar gözdə quruluq yaradır, buynuz qişanın qidalanmasını müəyyən dərəcədə pozur.

Gələcəkdə yaşa bağlı katarak və bu kimi bir çox əməliyyatlara ehtiyac duyulur. Lakin kontakt linzalardan uzun müddət istifadə etmiş şəxslərdə bu əməliyyatların daha az effekti olur. Ümumiyyətlə insan təbiətin bir hissəsidir. Buna görə də ümumi fəlsəfi mənada əvvəldən nə yoxdursa, sonradan həmin şeydən daha az istifadə olunmalıdır. Bunun ən böyük nümunələrindən biri də elə linzalardır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...