"Sinovak"ın "Omikron"a qarşı effektivliyi ortaya çıxdı

Çinin biotexnologiya firması olan "Sinovak", təsirsiz hala gətirilən peyvəndin üç dozasının “Omikron” variantına qarşı 94 % neytrallaşdıran antikor nisbətinə nail olduğunu, iki dozadan sonra nisbətin isə yüzdə 35 % olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şirkət tərəfindən iki doza peyvənd alan 20 və üç doza peyvənd alan 48 nəfər üzərində araşdırma aparılıb. Şirkət, açıqlamasında bildirib ki, “Omikron” variantına qarşı zərərsizləşdirici anticisimlər birinci qrupda 7, ikinci qrupda isə 45 nəfərdə formalaşıb. "Sinovak" şirkəti peyvəndin xatırladıcı dozasının tətbiqinin “Omikron” variantına qarşı peyvəndin zərərsizləşdirmə qabiliyyətini effektiv şəkildə artıra biləcəyini göstərib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə