İldə bir neçə dəfə koronavirusa yoluxanlar DİQQƏTLİ OLUN! - HƏKİM AÇIQLADI

Bildiyimiz kimi bəzi insanlar koronavirusa ildə 2-3 dəfə yoluxur. Bəs, onlar hər dəfə yoluxan zaman virusu eyni, yoxsa fərqli simptomlarla başa vururlar? Məsələ ilə bağlı SİA həkim-infeksionist Namiq Nəbiyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, kifayət qədər insan virusa bir yox bir neçə dəfə yoluxub: “Bu hal peyvənd vurulsa da baş verə bilər. Lakin şəxsin peyvənddən sonra virusa yoluxması onu göstərir ki, onun xəstəlik mərhələsi yüngül keçəcək və ağırlaşma olmayacaq. Hər şeydən öncə də bu adamın xəstəliyinin yekunu ölümlə nəticələnməyəcək”.

Həkim sözlərinə belə davam edib: “Ona görə də dəfələrlə koronavirus olmağın dəhşətli dərəcədə qorxusu yoxdur. Bizə vacib olan əsas məsələ insanların zamanında vaksinasiya olunmasıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...