Azərbaycanda qapanmalar olacaq? - DİQQƏT! YENİ VİRUS YAYILIB - HƏKİM AÇILADI

““Omikron” ştamının nə dərəcədə təhlükəli olması hələ araşdırma mərhələsindədir. Sadəcə yoluxmanın intensivliyinin çox yüksək olduğu məlumatları var. Bu məlumatlar əsasında da bütün ölkələr “omikron” ştamının təhlükəliliyinin araşdırılması baxımından ciddi tədbirlər həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, həkim Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, yəni araşdırma barədə məlumatlar daxil olana qədər fakt qarşısında qalınmasın: “Həm də Afrika ölkələrində vaksinasiya prosesinin çox zəif aparılması nəticəsində təhlükə artır. Mutasiyaların xəstəliyin öldürücülüyü və ağırlaşması istiqamətində olduğu ilə bağlı tam dəqiq məlumatlar yoxdur”.

“Bu baxımdan görülən tədbirlər sırf profilaktik məqsəd daşıyır. Dolğun məlumatlar gəldikdə isə Ümümdünya Səhiyyə Təşkilatı və digər səhiyyə sturukturlarında artıq bu barədə qəti fikir söyləmək olar. Bu barədə hələ qəti fikir ondan ibarətdir ki, çox güclü yoluxuculuq qabiliyyətinə malikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə