“Orqanizmlər çox müxtəlifdir. Ona görə də orqanizmdən asılı olaraq hər kəsdə xəstəliyin gedişatı eyni olmur. Yəni, həm yüngül, həm də ağır keçirən hamilələrimiz var”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.
Onun sözlərinə görə, azacıq qrip və zökəmin əlamətləri ilə halsızlıq, burun axması, oynaqlarda ağrılar, öskürək və s. kimi əlamətlərlə koronavirusu keçirən hamilə qadınlar var: “Amma xəstəliyin son gedişatında halsızlıq və oynaqlarda ağrılar baş verir”.
Həkim sözlərinə belə davam edib: “Normal doğuş vaxtı çatanda hamilələr deyir ki, “həkim, mənim doğuş etməyə halım qalmayıb”. Onlarda doğuş üçün güc qalmır. Yəni, koronavirus hamilələri gücdən salır”.
“Mənim, bu yaxınlarda rastlaşdığım bir xəstəmdə koronavirusun əlamətləri çox yüngül şəkildə, adi qrip əlamətləri kimi özünü büruzə verirdi. Amma uşağı birtərəfli ağciyər pnevmaniyası ilə doğuldu. Yəni, korona olan anada olan koronavirusdan yaranan ağırlaşmasını körpələrdə görə bilərik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB