Bu xəstəliklərinin koronavirusla birləşməsi...

Ağciyər xəstəliklərinin koronavirusla birləşməsi insan orqanizmində baş verən atom partlayışı ilə müqayisə oluna bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı pulmonoloq Serqey Babək məlumat verib.

Onun sözlərinə görə, koronavirus ilk növbədə ağciyərlərə təsir edir. Əgər bu orqanda başqa ciddi xəstəliklər varsa o zaman təhlükə daha da artır. Həkim bu təhlükəli xəstəliklər sırasında idiopatik ağciyər fibrozunu misal göstərib. Bu, özünü 70 və daha yuxarı yaşda insanlarda özünü göstərir, bu halda bir növ ağciyərlər kiçilir. Xəstəliyə tutulma riski siqaret çəkdikcə artır. Bundan əlavə, pulmonoloq xroniki obstruktiv ağciyər xəstəliyini misal göstərib. Onun sözlərinə görə, sözügedən xəstəlik, daha çox siqaret çəkənlərdə özünü göstərir. Pulmonoloqun sözlərinə görə, Covid-19 və ağciyər xəstəliklərinin birləşməsinin orqanizm üçün belə dağıdıcı təsirindən ancaq vaksinasiya və siqareti tərgitməklə yayınmaq olar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə