Hansı peşənin sahibləri ürək xəstəliyinə tutulur? - DİQQƏT! - HƏKİM AÇILADI
"Ürək xəstəlikləri hər zaman aktual bir mövzudur. Dünyada ve ölkəmizdə öndə gedən ölüm səbələrindən biri budur. Vaxtında aydınlaşdırıla bilsə, qarşısı alına bilinəcək xəstəliklərdir. Xəstəliyin simptomları, şikayətləri - fiziki hərəkətlə yaranan, bəzilərində ciddi emosional streslə yaranan sinənin orta hissəsində və ya sol tərəfdə yaranan sıxılma, göynəmə tərzində olan ağrılar və bu ağrıların sol qola, kürək ve boyun nayihəsinə yayılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında həkim Xatirə Əliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, bu tip ağrılar olduqda ilk olaraq kardiolaqa müraciət etmək lazımdır. Bu ağrılar kimlərdə daha çox görülür, kimlər daha çox risk faktorudur:
- yaşlı insanlar
- kişilər
- Şəkər və hipertoniya xəstəliyi olanlar
- Kök və hərəkətsiz insanlar
- Qanda xolesterin səviyyəsi yüksək olan insanlar
- Siqaret çəkənlər.
Belə insanların vaxtaşırı kardiovaskulyar sistemə aid "check-up" müayinə olunmaları məsləhətdir.
Müəyyən olunmuşdur ki, müəyyən peşə sahələrində işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha çox rast gəlinir. Temperaturun kəskin dəyişməsi və ya ekstremal olması, səsli-küylü iş yerləri (Zavod-Fabrik), stresli həyat tərzinə gətirən iş rejimləri.
Bu göstərilən səbəblər arasında son dövrlərdə ən çox rast gəlinəni stresli həyat tərzidir. Stresli həyat tərzi orqanizmdə xəstəliklərin əmələ gəlməsinə və ya xroniki xəstəliklərin dərinləşməsinə, ağırlaşmasına gətirib çıxara bilər.
Əgər stress nəticəsində özünüzdə hər hansı bir narahatçılıq: (yuxu pozğunluğu, gərginlik, yorğunluq, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi və s.) kimi hallar hiss edirsinizsə, dərhal həkimə müraciət etməniz məsləhət görülür.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB