İngiltərəni təəccübləndirən hadisə

İngiltərədə maraqlı hadisə baş verib. Ölkənin bir neçə şəhərlərində gecə klublarına və ya barlara gedən qadınlara narkotikli iynə vurulub və nəticədə onlar huşunu itiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polisə şikayət edənlərin çoxu gənc qızlar olsa da, bəzi gənclər də qurban olduqlarını iddia ediblər.

İcmalar Palatasının Daxili İşlər Komitəsi ölkə üzrə polis rəislərinə problemin ümummilli miqyasını təcili olaraq qiymətləndirməyi tapşırıb.

Xəstəxanaya yerləşdirilən qadınların sayının sürətlə artmasının ardından polis səlahiyyətliləri hərtərəfli araşdırmalara başlayıb. Son olaraq Dublində dostları ilə görüşdən sonra xəstələnən qadın qoltuğunda yara ilə oyandığını iddia edib. Xəstəxanaya gedib müayinədən keçəndə bədənində normadan artıq narkotik maddə olduğunu öyrənib. İngiltərənin Nottingemşir bölgəsində 10-dan çox qadın oxşar şikayətlərlə polisə müraciət edib. Polis rəsmilərinin verdiyi məlumata görə, ittihamla bağlı bir nəfər saxlanılıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə