Yoluxmalar artmağa doğru gedəcək - İNFEKSİONİST XƏBƏRDARLIQ ETDİ

"Hazırda ölkəmizdə növbəti epidemik alovlaşma başlayıb. Yəni, növbəti dalğa artıq başlayıb. Yoluxmalar artmaqda davam edir". Bunu SİA-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi məktəblərin, məktəbəqədər təhsil müəssisələrin, universitetlərin, metronun və digər kütləvi tədbirlərin açılmasına icazənin verilməsidir. Bu məsələ keçən aydan proqnozlaşdırılırdı və gözlənilirdi. Ona görə də, hazırda yoluxmalar artıb.

Vüqar Cavadzadə bu barədə fikirlərini belə izah edib: "Bundan sonra da yoluxmalar artmağa doğru gedəcək. Növbəti həftələrdə yoluxmalar indikinə nisbətən daha da artıq olacaq. Amma ümumən baxanda epidemik vəziyyət stabildir və nəzarət altındadır. Hələki qorxulu bir vəziyyət yoxdur. Xəstəxanalarda kifayət qədər çarpayı sayı var. Laboratoriyaların, təcili tibbi yardımın hələki işi çətinləşməyib. Yükləmələr yoxdur. Onun üçün də hələki narahat olmağa ehtiyac yoxdur. Amma buna baxmayaraq əhali proflaktik tədbirləri davam etdirməlidir. Hər kəs özünü qorumalıdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə