Koronavirusa görə yenidən qapanmalar tətbiq olunur? - İNFEKSİONİST AYDINLIQ GƏTİRDİ

"Hazırda biz koronavirusun pandemiya dövrünü yaşayırıq. Bu vəziyyət hələki dəyişilmir. Bizim ölkədə də yoluxmaların ciddi şəkildə artdığının bu gün şahidi oluruq". Bunu SİA-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, məktəblərin, universitetlərin, metroların açılması yoluxmaların baş qaldırmasına səbəb olub. Bunun müqabilində vəziyyətin qarşısını almaqda vaksinasiyanın əhəmiyyəti böyükdür.

Vüqar Cavadzadə bu haqda fikirlərini belə izah edib: "Altı ay əvvəl vaksinlərin hər iki dozasını qəbul etmiş şəxslərə artıq üçüncü doza vaksin vurulmalıdır. Üçüncü dozaya müraciət edənlər artıq var. Üçüncü dozanın vurulması mütləqdir. Çünki yaranan immunitet cəmi altı ay müddətində insanı Covid-19-dan qoruyur. Altı ay sonra insanın virusa yoluxması yenidən mümkündür. Buna görə də, üçüncü doza mütləqdir. Xüsusilə tibb işçillərinə, əhaliyə xidmət sahələrində çalışanlar, yaşı altmış beşdən yuxarı şəxslər, həmçinin, yaşı altmış beşdən aşağı olub xroniki xəstəliyi olan şəxslər vacibdir ki, üçüncü dozanı qəbul etsinlər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə