Evində koronavirus daşıyıcısı olanlar EHTİYYATLI OLUN - HƏKİM AÇIQLADI

"İnsan orqanizmi immun sistemi hesabına Covid-19 virus infeksiyasının öhdəsindən gələ və ya infeksiyanı yüngül keçirə bilər. Virusa yoluxmuş bir insanın qaldığı evdə digər ailə üzvləri maska taxmalıdır". Bu sözləri SİA-ya açıqlamasında həkim Səidə Əhmədova deyib.

Onun sözlərinə görə, evin havası tez-tez dəyişdirilməli, nazal spreylərdən istifadə etməkləri məsləhət görülür: Gigiyena və düzgün qidalanmaya riayət olunmalıdır".

Həkim sözlərinə belə davam edib: "Tibbi maskaları hər 2 saatdan bir dəyişmək tövsiyyə olunur. Evdə Covid-19-a yoluxmamış şəxslər varsa onlar kifayət qədər vitamin və zülalla zəngin olan qidalar qəbul etməlidirlər. Həmçinin, Evdə eyni əşyaları bölüşməməlidirlər. Ən azı 2 m ara məsafəsi saxlanılmalıdır. Profilaktik dozalarda Vitamin D, Zn preparatları qəbul etməlidirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə