Koronavirusdan dünya yaxasını nə vaxt qurtaracaq? - HƏKİMLƏR AÇIQLADI - SORĞU

Dünyada və ölkəmizdə Covid-19 pandemiyası hələ də öz təsirini göstərməkdə davam edir. Dünyada hazırda ümumi yoluxanların sayı 234.615.500, sağalanların sayı 211.396.936, ölənlərin sayı isə 4.798.574 nəfərdir. Azərbaycanda ümumi yoluxan sayı 483.902, sağalanların sayı 458.922, ümumi ölüm sayı isə 6525 nəfərdir. Bəs, görəsən, koronavirus pandemiyasından dünya yaxasını nə vaxt qurtaracaq? Bununla bağlı SİA olaraq həkim ekspertlərdən sorğu keçirdik. Sorğunu sizə, təqdim edirik:

İnfeksionist həkim Vüqar Cavadzadə: "Koronavirusla bağlı danışdıqda dəqiq bir məlumat vermək mümkün deyil. Qabaqcadan Covid-19 ilə bağlı epidemik proqnoz vermək olmaz. İlk dəfə koronavirus dünyada yayıldıqda və ölkəmizdə də onu təsiri hiss olunanda deyirdilər ki, yay gələndə infeksiya keçib gedəcək. Ancaq biz bunun əksini müşahidə etdik. Yaydakı yoluxma qışa nəzərən daha çox oldu. Hazırda heç kəs deyə bilməz ki, yer kürəsi koronavirus pandemiyasından xilas olacaq. Ancaq mən deyərdim ki, Covid-19 heç vaxt çəkilib sıfıra düşməyəcək. Tək-tək qrip kimi xəstələnmələr olacaq. Sadəcə olaraq dünya pandemiya dönəmindən çıxacaq. Bu nə vaxtsa olacaq, nə vaxtsanı isə deyə bilmərik".

Cərrah Rauf Qasımov: "Bununla bağlı əvvəlcədən bir proqnoz verməmək mümkün deyil. Burada bir sıra amillər var. Məsələn virus mutasiya edəcək yoxsa mutasiya etməyəcək, insanlar necə keçirəcək bu virusu, insanlara bu virus hansı sürətlə yayılacaq, yəni yoluxma sayı necə olacaq, bütün dünyada peyvəndləmənin sürəti necə olacağı bu baxımdan önəmlidir. Virusun nə vaxt bitəcəyini biz bilə bilmərik". (red- Ancaq falçılar bu haqda nəsə deyə bilər)

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...