İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? - HƏKİM DETALLARI AÇIQLADI

“Bildiyimiz kimi, virusa yoluxma həddindən artıq artmaqda davam edir. Müşahidələrimə əsasən deyə bilərəm ki, koronavirusa 3, hətta 4 dəfə belə yoluxan insanlara rast gəlmişəm. Bu hallarla tez-tez qarşılaşıram”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.

Onun sözlərinə görə, bu cür yoluxmanın qarşısını almağın əsas yolu immunitet sistemini gücləndirmək, əsəb və stresdən özünü qorumaq və digər narahatedici amillərdən uzaq durmaqdır: “Həmçinin, vitamin D çatışmazlığı da virusa asanlıqla yoluxmağımıza yardımçı olur. Bunun üçün bədənimizi vitamin D ilə yetərincə təmin etməliyik. Xəstəlikdən qorunmağın bir nömrəli yolu isə peyvənd olunmaqdır”.

Həkim sözlərinə belə davam edib: “Ən tez yoluxan yaş qrupuna gəldikdə isə əvvəllər biz bu kateqoriyaya 50 yaşdan yuxarı olan insanları şamil edirdik. İndi isə vəziyyət bir qədər fərqlidir. Yəni, kimin immuniteti zəifdirsə o da yoluxur. Artıq yaş qrupu elə də bir əhəmiyyət kəsb etmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə