Pasiyent yüksək səviyyəli tibbi xidmətə görə dərin minnətdarlığını bildiri - VİDEO
Pasiyent Safurə Səlimova ona göstərilən yüksək səviyyəli tibbi xidmətə görə dərin minnətdarlığını bildirib. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pasiyenti Safurə Səlimova ona göstərilən yüksək səviyyəli tibbi xidmətə görə dərin minnətdarlığını bildirib. O, göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi, t.e.d. Bəxtiyar Musayevə, Urologiya şöbəsinin rəisi, uroloq Bəhruz Xalıqova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Könül Həsənovaya və ona xidmət göstərən bütün tibb personalına təşəkkürünü ifadə edib və xoş arzularını çatdırıb. Safurə xanımın çıxışını Sizə təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə