Yanlış cinsiyyət təxmini: GÜNAHKAR KİMDİR? - AYDINLIQ GƏTİRİLDİ

Son zamanlar sosial şəbəkələrdəki ginekoloq səhifələrində paylaşılan görüntülərə əsasən deyə bilərik ki, bu gün 12 həftədən dölün cinsiyyəti bəlli olduğu halda bir çox vəziyyətlərdə yanılmalar baş verir. Hətta bəzi hamilələr var ki, onlar 9 ay boyunca həkimə 2-3 dəfə yollanır və cinsiyyəti öyrəndikdən sonra körpə ilə bağlı hazırlıqlara başlayır.

Dünən sosial şəbəkədə izlədiyim görüntülərə əsasən, bir ana körpəsini 40 həftəsinə kimi qız bilib, onun bütün əşyalarına qıza uyğun alıb. 40-cı həftədə həkim qəbuluna yollandıqda isə körpənin əslində oğlan olduğu məlum olub. Bəs, burada günahkar kimdir? USM cihazı, yoxsa həkim səhlənkarlığı? SİA mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib.

Ləman Əliyevanın sözlərinə görə, cinsiyyətlə bağlı yanılmalar dölün çox tez həftəsində baş verir: "Məsələn, 12 həftədən tez həkimə yollandıqda yanlışlıq baş verə bilir. Yəni, həftəsindən tez gedib həkimdən xahiş edirlər ki, uşağın cinsiyyətini söylə. Həkim də oxşadıb bir söz deyir. Yalnışlıq harada baş verir? Qız uşağının cinsiyyət orqanı həftəsindən tez çıxıntılı göründüyü üçün onu oğlana oxşada bilirlər. Bir sözlə, səhv yanılmalar adətən tez həftələrdə baş verir. Amma bəzən 12 həftədən sonra yanılmalar da olur. Bəs, bu zaman kim günahkardır? Bu həkimin baxmağından asılı olan məsələdir. Bəzən də döl ana bətnində elə yerləşir ki, cinsiyyəti dəqiq görmək olmur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə