"Son zamanlar əhali arasında belə bir təşviş var ki, apteklərdə dərmanlar yoxdur, tapılmır, istədiyimiz dərmanları tapa bilmirik". Bu sözləri SİA-ya açıqlamasında həkim fizeoterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, apteklərdə hər zaman, hər bir molekulda dərmanlar var. "Hər bir xəstəliyə uyğun dərmanlar var. Sadəcə bu barədə mənim subyektiv fikrim ondan ibarətdir ki, dərman hər hansı bir istəklə alınacaq bir vasitə deyil. Hər bir dərman terapevtik yəni müalicəvi dozada olan bir zəhərdir, kimyəvi maddədir. Öz başına dərman almaq olmaz. Ən yaxşısı odur ki, ölkəmizdə çox sayda tibb ocaqları və yüksək səviyyədə həkim kadrları var, tibb işçiləri var, təbiblər var. Əgər sağlığla bağlı bir problemimiz yaşanarsa mütləq həkimlərə müraciət edin. Təbibinizi tapın, həkiminizi tapın və o sizə xəstəliyinizə uyğun olaraq müvafiq dərman təyin edəcəkdir. Lazım gələrsə alternativ vasitələrdən, fizeoterapevt metodlardan və digər metodlardan istifadə edərək sizi sağaldmağa çalışacaqdır. Ən başlıcası həkimlərə güvənməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə