Son sutkada 250 nəfər vaksinasiya olunub

Azərbaycanda son sutkada 250 nəfər vaksinasiya olunub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 56, ikinci doza vaksinlərin sayı 122 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 64-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 945 463 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə