Çinin "COVID-19" ilə sonsuz sınağı

Çində "COVID-19" məhdudiyyətlərindən artan narazılıq, ölkədə nadir hallarda görülən etirazlarla küçə aksiyasına çevrildi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, epidemiya başlayandan bəri təxminən 3 ildir ki, kütləvi karantin, kütləvi testlər, səyahət maneələri kimi həyatın axarını pozan təcrübələrin bitməməsi çinliləri belə narahat etməyə vadar edib.

Ötən həftə Urumçidə karantinə alındığı iddia edilən mənzildə baş verən yanğından sonra bütün ölkəyə yayılan etirazlar və reaksiyalar Çin xalqının "COVID-19" tətbiqlərinə reaksiyasını ortaya qoydu. Hökumətin sərt "COVID-19" tədbirlərində israr etməsi ölkənin hüquq və azadlıqları, siyasi, sosial və iqtisadi problemləri ilə bağlı tələblərinin məğzinə çevrilib. Urumçidə baş verən yanğın narazılığı reaksiyaya çevirib Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidə noyabrın 24-də karantində olduğu iddia edilən mənzildə baş verən yanğında 10 nəfər həyatını itirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə