Gəncədə yanğın olub, xəsarət alan var

Gəncədə yanğın hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binasının mənzillərinin birində qeydə alınıb.

Yanğın anidən başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi 1962-cı il təvəllüdlü İbrahimov Şahin Telman oğlu ayağından yanıq xəsarəti alıb.

İlkin ehtimala görə, yanğın evdə olan qızdırıcıdan qaynaqlanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə