Ağstafada yaşlı kişinin dəhşətli ölümü - VİDEO

Ağstafada qatar 64 yaşlı kişini vurub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Hərəkətdə olan qatar kənd sakini 64 yaşlı Camal Məmişovu vurub. O, aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə