Yol polisi rəisi vəzifəsindən azad edildi - RƏSMİ

Füzuli Rayon Polis Şöbəsinin bölmə rəisi vəzifəsindən azad olunub. SİA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Şöbə rəisi Füzuli Rayon Polis Şöbəsində başqa vəzifəyə təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə