Qubada avtomobil oğrusu saxlanılıb FOTO

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırmış, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar Quba RPŞ tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə