Binəqədidə oğurluq edən şəxslər ələ keçdi FOTO

Paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Soltanov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digr bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib. Bu şəxs ifadəsində Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Orxan Soltanov və Samir Ağabalayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...