Göyçay sakinindən heroin və metadon həbləri aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən SİA-ya məlumata görə, şəhər sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiyəkxana təşkil etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixoprop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə