Bakıda 3 avtomobil toqquşub, Yaralılar var FOTO

Bakıda ağır yol qəzası olub. SİA-nın məlumatına görə, Binəqədi rayonunda ”Shacman” markalı yük avtomobili ilə ”Nissan” və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Avtomobillərdən ikisinin sürücüsü xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...