İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən - şəxslər saxlanılıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya bildiriblər ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən beş nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətiriliblər. Onlarla profilaktiki söhbətlər aparılıb. Gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə həmin şəxslərə xəbərdarlıq edilib. Onların barələrində inzibati qaydada tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...