Şəmkirdə məktəb direktoru yol qəzasında öldü

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

"KAMAZ" markalı yük maşını ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində Eyvav Vəliyev və avtomobildə olan Xəqani Abbasov hadisə yerində keçiniblər.

Qəza ilə bağlı araşdırmalara başlanılıb. İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib. Ölən şəxslərdən Eyvaz Vəliyev rayonun Dəllər qəsəbəsi tam orta məktəbinin direktorudur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...