Ağstafada ağır yol qəzası baş verib - Ölən və yaralananlar var

Ağstafa rayonunda ağır yol qəzası qeydə alınıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Kor-Xəlifəli kəndində "VAZ 2106" markalı avtomobil aşıb.

Qəza zamanı 61 yaşlı Sara İsmayılova hadisə yerində keçinib. Avtomobildə olan 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu, 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı və 7 yaşlı İsmayılov Turxan Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza yerinə Ağstafa rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hadisənin təfərrüatları dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə