Vətəndaş evində yatmış vəziyyətdə aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş otaqda yatmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...