...Moskva vilayətində həkimlər pul udan uşağı xilas ediblər. SİA-nın məlumatına görə, beş yaşlı qız üç qəpik udub. Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşağa kömək üçün Roşal Uşaq Klinik Mərkəzinin mütəxəssisləri gəlib.
Körpənin valideynlərinin dediyinə görə, nə vaxtsa qızı 10 rublluq üç sikkə udub.
Lakin ailə dəmir əşyaların təbii yolla bədəni tərk edəcəyinə ümid edərək kömək istəməyib.
Bu arada sikkələr qızın mədəsinə möhkəm yapışıb və ona təcili cərrahi yardım lazım olub.
Əməliyyat “siçovul dişi” ilə aparılıb.
Bu alət "xəstənin mədəsindən qəpikləri diqqətlə tutmağa və çıxarmağa" imkan verib.
Qeyd edək ki, bundan əvvəl Moskva vilayətinin 15 yaşlı sakininin ağzında 10-dan çox əlavə dişin çıxdığı bildirilirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə