20-ci sahədə su xətləri təmir olundu? - QURUMDAN AÇIQLAMA

Ötən gün Bakı şəhəri, Arif İsmayılov 13 ünvanında yerləşən 20-ci sahədə su xətləri partlayıb və bir neçə gündür ki, sözügedən ərazidən su axır. SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, qeyd olunan ünvanda abonent tərəfindən şəxsi quraşdırılan nasosda yaranan nasazlıq suyun ətrafa axmasına səbəb olub: “Məsələ ilə bağlı Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb edilib, axıntının qarşısı alınıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə