"Problemin yaranması düyün nöqtələri adlanır" - EKSPERT AÇIQLADI

“Yol hərəkəti təhlükəsizliyinə qəzaların azaldılması ilə bağlı dövlət proqramı konspektində yanaşmaq olar. Proqramın əsas mahiyyəti ondan ibarətdir ki, bu və digər normada nəqliyyat vasitələrinin daha əlaqəli və şaxəli hərəkət qrafikləri təyin olunsun. Onlar arasındakı tıxacların, müəyyən məsələlərdə problemin yaranması düyün nöqtələri adlanır. Bir neçə il öncə adiyyatı qurumlar tərəfindən müəyyən təhlükəsizlik tədbirləri üçün aylıqlar başladıldı. Bu aylıqların məqsədi ümumi yol və piyada təhlükəsizlik aylıqlarıdır. Lakin bir müddət sonra bu aylıqlar əriyib getdi”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Ekspertin sözlərinə görə, bu və digər formada qısamüddətli nəyinsə olması uzunmüddətli həll mexanizmini ehtiva edə bilməz: “Çünki qəzaların azaldılması üçün əsas düyün nöqtələri olan ərazilərin işıqlandırılmayan hissələrində, piyadaların vurulma ehtimalı olacağı yerlərdə, təhsil ocaqları ətrafında sürət həddinn endirilməsi və buna nəzarət faktı kimi hadisələrə daha çox rast gəlinir. Daha sonra dayanmış-durmuş maneələrə çırpılma və toqquşma, yaxud az sürətlə hərəkət edən nəqliyyat vasitələrinə toqquşma, bu və digər hallar qəzanın növləri, predmetləri, həmçinin xassələrinə aiddir. Bu qəza növləri üçün riskli yaxud risksiz həll yollarını tapmaq olar”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə