Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı A.Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı N.Abbasov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən olunub.
Həyata keçirilən digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər - əvvəllər məhkum olunmuş C.Rzayev və G.Cəfərova da saxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə