Qəbələdə Nohur gölündə batan 40 yaşlı kişinin meyiti tapılıb. SİA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü Qəribov İlham İslam oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə