9 kiloqramadək narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 25-də ümumi çəkisi 8,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə