Axtarış-xilasetmə işçilərinin başına soyuducu düşdü

Perunun paytaxtı Limanın şimal bölgələrində leysan yağışları və daşqınlara səbəb olan Yaku siklonu əhalinin həyatına mənfi təsir edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, daşqından sonra çoxlu ev və iş yerləri zərər görüb.

Ərazidə işlərini davam etdirən işçi qrupları axtarış-xilasetmə tapşırığından sonra kəndirlə yuxarı qalxarkən başlarına düşən soyuducu kameraya əks olunub.

Xəsarət alan işçi qrupu dərhal xəstəxanaya aparılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə