Laçın şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Laçın şəhərində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Laçında inşa olunan hava limanı yolunda qeydə alınıb.

Qəza nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb. Yaralanan şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə