42 kq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının martın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 42 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,9 kiloqrama yaxın heroin, 28 kiloqramdan artıq marixuana, 4,9 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox metamfetamin, 112 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə