Qubada ölümlə nəticələnən qəza baş verib

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun Qam-Qam kənd ərazisindən keçən hissəsində baş verib.

2001-ci il təvəllüdlü Mustafayev Elvin İsrail oğlu idarə etdiyi VAZ-2109 markalı avtomobillə yolu keçən piyada 1976-cı il təvəllüdlü, Quba rayonu Qam-Qam kənd sakini Əliyev İntiqam Ziyəddin oğlunu vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə