Bakıda avtomobillər toqquşub, ölən var. SİA-nın xəbərinə görə, paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlu idarə etdiyi" Mercedes C-class" markalı avtomobillə hərəkəndə olarkən 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” markalı maşınla toqquşub. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə