Vakant yerlərə ən çox sənəd verənlər II qrup abituriyentləridir

İndiyədək ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ən çox sənəd verən II ixtisas qrupunun abituriyentləridir. SİA-nın məlumatına görə, bu gün saat 12.45-dək olan məlumata əsasən, ali məktəblərin vakant plan yerlərinə I qrup üzrə 256 nəfər, II qrup üzrə 874 nəfər, III qrup üzrə 379 nəfər, IV qrup q üzrə 17 nəfər verib. Sənəd verənlərin böyük əksəriyyəti Azərbaycan bölməsinin abituriyentlərinin payına düşür.

I qrup üzrə Azərbaycan bölməsinin 242, II qrup üzrə 857, III qrup üzrə 369, IV qrup üzrə 14 nəfər abituriyenti vakant yerlərə qəbul üçün sənəd verib.

Ali məktəblərin V ixtisas qrupu və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 20509 nəfər abitiriyent ərizəsini təsdiq edib. Onların 19857 nəfəri Azərbaycan, 652 nəfəri rus bölməsinin abituriyentidir.

Qeyd edək ki, Ümumilikdə ali məktəblərdə bütün ixtisas qrupları üzrə 5751 vakant yer qalıb. Onların çoxu II qrupun payına düşür.

Hazırda ali məktəblərdə I qrup üzrə vakant yerlərin sayı 1762, II qrup üzrə 3048, III qrup üzrə 296, IV qrup üzrə 555, V qrup üzrə 90 vakant yer var.

I qrupda Azərbaycan bölməsi üzrə 1309, II qrupda 1727, III qrupda 1, IV qrupda 400, V qrupda Azərbaycan bölməsi üzrədir.

Cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə