BDU və Türkiyənin Haliç Universiteti arasında əməkdaşlıq genişləndirilir

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Türkiyənin Haliç Universitetində olub, ali təhsil müəssisəsinin “Erasmus” ofisinin koordinatoru Serhat Orakçı ilə görüşüb. BDU-dan SİA-ya bildirilib ki, görüşdə iki universitet arasında bu ilin sentyabrında anlaşma memorandumunun imzalanması xatırladılıb, təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Görüş zamanı BDU və Haliç Universiteti arasında “Erasmus+ KA171” mübadilə protokolunun imzalanması ilə bağlı razılığa gəlinib.

Əsası 1998-ci ildə qoyulmuş Haliç Universitetində hazırda 2 fakültə, 1 məktəb, 1 texnopark və 65 laboratoriya fəaliyyət göstərir və 17 min tələbə təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə