"Avropa "qış soyuğunu" seçdi" - İQTİSADÇI ŞƏRH ETDİ

"Rusiya Avropaya qaz ixracını saxlamaqla öz istəyinə nail ola bilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Avropa artıq qənaət rejminə keçib: "Müxtəlif istiqamətlərdən ABŞ-dan Norveçdən, Qətərdən, o cümlədən də Azərbaycandan idxal etdikləri qazın həcmini artırıblar. Eyni zamanda müəyyən qənaət rejminə keçid edib. Çünki bilirik ki, elektrik enerjisinin istehsalında ən çox qazdan istifadə olunur. Avropaya göndərilən qazın yarısı elektrik istehsalında istifadə olunur. Reallıq budur ki, bütün hallarda Avropa Rusiyanın qaz təzyiqini qəbul etmir. Rusiya nə qədər Avropaya təsir etməyə çalışsa da, yənə də Avropa öz sanksiyalarını saxlayacaqdır. Qısası, Avropa "silah təhlükəsi" və "qış soyuğu" arasından "Qış soyuğunu" seçib".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə