Azərbaycanda mütəmadi yanğınlar iqtisadiyyata NECƏ TƏSİR GÖSTƏRİR? - İQTİSADÇI RƏY BİLDİRDİ

"Hesab edirəm ki, respublikamızda son günlərdə baş verən yanğınlarının ölkə iqtisadiyyatına qlobal təsiri olmayacaq. Təbii olaraq baş verən yanğınlardır". Bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu yanğınlar da müəyyən sahələrə, müəssisələrə, təsərrüfat subyektlərinə zərər vura bilir: "Amma bunlar hər hansı bir aclığın, qıtlığın yaşanmasına, qiymətin artmasına və ya iqtisadi tənəzzülə gətirib çıxaracaq zərərlər deyil".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, son yanğınlar arasında ən böyüyü "Azərsun"da baş vermiş olandır: "Bu yanğın da 5-6 aylıq ehtiyyatların yanması ilə nəticələnib. Lakin bu müddət ölkə miqyasında deyil, müəssisənin ehtiyatları baxımından nəzərdə tutulub. Digər yanğınların isə ümumiyyətlə ölkə iqtisadiyyatına ciddi bir təsir etdiyini düşünmürəm. Təbii olaraq istənilən bir proses, o cümlədən yanğın təsirsiz ötüşmür. Amma bu təsiri qlobal ölkə iqtisadiyyatı ilə müqayisə aparmaq düzgün deyil".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə