"Cənub Qaz Dəhlizinin Azərbaycanın Avropada nüfuzunun qaldırır" AÇIQLAMA

"Dünya nə qədər alternativ enerji mənbələrinin yaradılmasına və inkişaf etdirilməsinə üstülük versə də, ənənəvi enerji mənbələri yaxın 30-40 ildə aparıcı iqtisadi mərkəzlərin - Avropa və ABŞ-ın əsas enerji mənbələri olaraq qalacaq". Bunu SİA-ya açıqlamasında İqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı Eldəniz Əmirov bildirib ki, Cənub Qaz Dəhlizinin (CQD) həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, həm də Azərbaycanın Avropada nüfuzunun qaldırılmasında, ölkəmizə yüz milyardlarla dollar vəsaitin daxil olmasında bu dəhlizin son dərəcə böyük əhəmiyyəti var: " CQD-nin keçdiyi coğrafiya 6 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı, o cümlədən Adriatik dənizi olmaqla böyük ərazini əhatə edir və onun əhəmiyyəti aydın görünür. Düşünürəm ki, dəhliz haqqında danışarkən onun komponentlərinə toxunmamaq olmaz. CQD 4 layihənin genişləndirilmiş son təzahür formasıdır.
Bu dəhliz “Şahdəniz” yatağından başlayır və daha sonra Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri ilə davam edir: “TAP-ın İtaliyada uzunluğu 8 km-dir. Bu kəmərlərin ötürücülük qabiliyyəti kifayət qədər böyük - 10 milyard kubmetrdir və 20 milyard kubmetrə qədər artırılması imkanları mövcuddur. Türkiyənin Gürcüstanla sərhədindən başlayaraq Türkiyə-Yunanıstan sərhədinə qədər davam edən TANAP-ın isə hazırda 16 milyard kubmetr ötürücülük gücü var ki, onu da 30 milyard kubmetrə qədər artırmaq mümkündür. Yəni, dəhliz mövcud durumu ilə strateji əhəmiyyətə malikdir və genişlənmə imkanları var. Bu, dəhlizin perspektivdə istifadəsi ilə bağlı mərhələləri şəkildə əlaqədar şirkətlərlə və dövlətlərlə müəyyən danışıqların aparılmasını, bu cür Məşvərət Şuralarının iclaslarının keçirilməsini daha da zəruri edir".
Eldəniz Əmirov qeyd edib ki, Şahdəniz yatağında 1,2 trilyon kubmetr qaz ehtiyatı, o cümlədən də 240 milyon ton kondensat ehtiyat var: “Bu faktor üzü bu ehtiyatların daşınması və Avropaya çatdırılması üçün infrastrukturun yaradılmasının nə qədər əhəmiyyətli olmasını göstərir. Bunun üçün də CQD 40 milyard dollara qədər investisiyanın yatarılması ilə ərsəyə gəlmiş çox böyük layihədir.
Bunun üzərinə “Babək” yatağında 400 milyard kubmetr, “Ümid” yatağında 200 milyard kubmetr həcmində qaz ehtiyatının olmasını və perspektivdə “Şahdəniz” yatağının alt qatlarında daha böyük potensialın olma ehtimalını nəzərə alsaq, hələ uzun müddət bu dəhliz Azərbaycan qazının Avropaya çatdırmaqla həm Avropanın təhlükəzliyində öz rolunu oynayacaq, eyni zamanda ölkəmizə valyuta axını ciddi amil olaraq qalacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...