Avropa tərəfi Azərbaycanın güclü oyunçu olduğunu gördü - İQTİSADÇI AÇIQLADI

"2022-ci il 4 fevralda Azərbaycanla Avropa arasında yeni bir səhifə açıldı. Biz ilk dəfə Avropa ilə qaz üzərində əməkdaşlıq haqqında sənədi 2013-cü il 19 sentyabrda imzalamışıq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban bildirib.

Onun sözlərinə görə, həmin dövr də Avropa tərəfindən 10 şirkət "Şahdəniz" lahiyəsində iştirak edərək, qaz almaq niyyətində olduqlarını rəsmiləşdirmişdilər: "4 fevralda Bakıda keçirilən 8-ci Məşvərət iclası Azərbaycan qazının Avropa bazarında satılmasının ilinə həsr edilmişdi. Bu müddət ərzində Azərbaycan özünü Avropa bazarında intizamlı biri kimi təqdim etmiş, eyni zamanda qarşı tərəf bizim nə dərəcə də ciddi bir oyunçu olduğumuzun fərqinə vardılar. Bunun nəticəsi olaraq iclasda ölkəmizdən qaz almayan dövlətlər belə öz enerji təchizatlarını məhz Azərbaycan üzərindən təmin etmək istədiklərini bildirdilər. Yəni 2022-ci il 4 fevralda keçirilən görüşdə Avropa Azərbaycandan əlavə qaz həcmlərini almasını rəsmən bəyan etdi.

Azərbaycan tərəfi isə bir qaz ölkəsi olaraq təklifi məmnunluqla qəbul etdi. Avropanın enerji komissarının dediyi kimi bir müddət təqiqatlar aparılmalı və hər iki tərəfin qane edəcək təchizat həcmləri müəyyənləşdirilməlidi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...