Azərbaycanda bir çox gənc ailələrin ev problemləri mövcuddur - ŞƏRH EDİLDİ

"Azərbaycanda bir çox gənc ailələrin, gənc mütəxəssislərin mənzil, ev problemləri mövcuddur. Bunun səbəbi Azərbaycanda mövcud olan ipoteka ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov qeyd edib.

Onun sözlərinə görə, bu problemlər ildən-ilə öz həllini tapmağa doğru irəliləyir: "Qeyd edim ki, 10 il əvvəl insanlarda gəlirlərinin şəffaflığını sübut etməklə bağlı ciddi problemlər mövcud idi. Artıq zaman keçdikcə bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu sahədə müəyyən problemlər hələ də qalıb. Elə insanlar var ki, yüksək məvacib alır, lakin onu rəsmiləşdirdikdə müəyyən problemlər yaşayır, yəni yüksək məvacib alsa da rəsmi olaraq məvacibi aldığından az göstərir. Bununla bağlı problemlər mövcuddur. Müvafiq təlimatlarımız artıq mexanizmlə işlədikcə, təkmilləşdikcə bu istiqamətdə tədbirlərin həyata keçirilməsi mümkün olacaq. Yəni bu elə bir istiqamətdir ki, işlədikcə çətinlikləri, problemləri, boşluqları görüb təkmilləşdirə bilərik. Çünki hər bir ölkənin, hər bir milli-iqtisadi modelin, hər bir sosial-ictimai mühitin özünə görə yazılmış və yazılmamış qanunvericiliyi var. Yəni bunu həyata keçirmək sırf praktika ilə mümkündür. Zaman keçdikcə həyata keçirilən limitlərlə bağlı, tətbiq edilən qanunvericiliklə bağlı müəyyən boşluqlar uğursuzluqlar müşahidə olunacaq. Bu uğursuzluqları müşahidə edə-edə aradan qaldırdıqca bu sahədə nailiyyətlər əldə ediləcəkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...