Lirənin bahalaşması NƏLƏRƏ SƏBƏB OLACAQ? - İQTİSADÇI-EKSPERT AYDINLIQ GƏTİRDİ
"Türkiyə lirəsinin əvvəlki dövrlərdə dəyər itirməsi iqtisadi faktorlarla yanaşı həm də siyasi səbəblərlə bağlı idi. Nəzərə alsaq ki, Türkiyənin bir sıra qərb ölkələri ilə münasibətlərində gərginlik müşahidə olunurdu, bu da təbii ki, həm Türkiyədən bəzi qərb ölkələrinə investisiyanın çəkilməsinə, həm də Türkiyənin xarici sərhəd dövriyyəsinə neqativ təsir göstərirdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, amma təbii ki, Türkiyə Mərkəzi Bankın proseslərini icra edib mütəmadi intervensiya istifadə etməyə çalışırdı və dollara olan tələbin ödənilməsi üçün intervensiya etməklə bazarda tələbin bir hissəsinin məhz Türkiyənin mövcud imkanları hesabına ödənilməsinə çalışırdı: "Eyni zamanda nəzərə alsaq ki, digər tərəfdən Türkiyənin bütövlükdə Türkiyə vətəndaşlarına olan müraciətləri də müəyyən effektə malik idi, səmərəli idi. Çünki Türkiyənin özündə də kifayət qədər passiv şəkildə saxlanan xarici valyuta var ki, onların da bir qismini vətəndaşlar və sahibkarlar tərəfindən bazara çıxarılması tələbin qarşılanmasına müsbət təsir göstərdi".
Deputat sözlərinə belə davam edib: "Təbii, hələ də lirəyə təsirlər və təzyiqlər qalmaqdadır. Baxmayaraq ki, lirə möhkəmlənib, amma Türkiyə Mərkəzi Bankı çalışacaq ki, növbəti dövrdə də lirənin kəskin ucuzlaşmasının qarşısını ala bilsin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB